Sosial
Zərdabda şəhid atası vəfat etdi – Foto

Şəhid Fərid Rüstəmovun atası Nofəl Rüstəmov vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, şəhid atası bu gün səhər yaşadığı Zərdab rayonunun Gəndəbil kəndində dünyasını dəyişib.
Qeyd edək ki, 1993-cü il təvəllüdlü Fərid Rüstəmov DSX-nin kiçik giziri kimi 2022-ci il sentyabrın 12-də Zəngilan rayonu ərazisində Ermənistanın genişmiqyaslı təxribatının qarşısı alınarkən şəhid olub.
O, ölümündən sonra orden və medallarla təltif edilib.
Mənbə: https://sonxeber.az/388611/zerdabda-sehid-atasi-vefat-etdi-foto



