UEFA Çempionlar Liqası: "Qarabağ" İngiltərədə "Nyukasl"la qarşılaşacaq - Admenasi
Idman

UEFA Çempionlar Liqası: “Qarabağ” İngiltərədə “Nyukasl”la qarşılaşacaq

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq.

Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərədə “Nyukasl”la münasibətlərə aydınlıq gətirəcək.

Matç saat 00:00-da start götürəcək. Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Xatırladaq ki, Bakıdakı ilk görüşdə “Nyukasl” 6:1 hesabı ilə qalib gəlib.

25 fevral
00.00 Nyukasl (İngiltərə) – Qarabağ (Azərbaycan)
Hakimlər: Davide Massa, Filippo Meli, Stefano Alassio, Luka Paireto (İtaliya).
VAR: Daniele Kiffi (Almaniya).
AVAR: Kristian Dingert (Almaniya) .
Nyukasl, “St. Ceyms Park”.
İlk oyun – 6:1.

Mənbə: https://sonxeber.az/388579/uefa-cempionlar-liqasi-qarabag-ingilterede-nyukaslla-qarsilasacaq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button