Bölgədə yerləşən yolun müəyyən hissəsi 2 gün müddətinə kəsiləcək - Admenasi
Sosial

Bölgədə yerləşən yolun müəyyən hissəsi 2 gün müddətinə kəsiləcək

Təmir işlərinin davam etdirilməsi ilə əlaqədar olaraq, 23 fevral saat 23:00-dan 25 fevral saat 20:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin başlanğıcından Nizami rayonu, Məmmədəli Şərifli küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sonxeber.az xəbər verdi ki, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri istənilir.

Mənbə: https://sonxeber.az/388576/bu-yollarda-hereket-2-gunluk-mehdudlasdirilir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button