Özbəkistan vətəndaşı 7-cü mərtəbədən düşən uşağı havada tutaraq xilas etdi

Rusiyanın Sankt-Peterburq şəhərindəki bir binanın 7-ci mərtəbəsində bir uşaq pəncərənin önündə oynayarkən təsadüfən pəncərədən yıxılıb.
Sonxeber.az xarici mənbələrə əsasən xəbər verir ki, binanın girişində dayanmış Özbəkistan vətəndaş bina işçisi uşağın yıxıldığını görərək onu havada tutub. Uşaq qısa müddət şok yaşadıqdan sonra binanın qarşısındakı təcili yardım maşını ilə xəstəxanaya aparılıb və uşağın bir ayağında sınıq olduğu bildirilib.
Uşağı xilas edən bina işçisi də ambulansla xəstəxanaya aparılıb və işçinin qabırğalarında sınıq olduğu məlum olub. Müayinələrdən sonra səhhəti yaxşı olan bina işçisi Rusiyada qəhrəman kimi təqdim olunub və hadisə ölkənin gündəmində yer aldı.
Hərçənd də xilas edilən uşağın autizmxəstəsi olduğu, atasının bir il əvvəl vəfat etdiyi, anasının isə təsadüfən işdə olduğu üçün uşağı evdə tək buraxması məlumdur.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388556/yeddinci-mertebeden-dusen-usagi-havada-tutaraq-xilas-etdi-video
Mənbə: https://sonxeber.az/388556/yeddinci-mertebeden-dusen-usagi-havada-tutaraq-xilas-etdi-video



