Barselona Futbol Klubunun prezidenti stadionda şvabra ilə təmizlik işləri apararkən şoka keçib

Barselona Futbol Klubunun prezidenti Joan Laportanın stadionda əlində şvabra ilə təmizlik etməsi böyük marağa səbəb olub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, yayılan görüntülərdə klub rəhbərinin stadion ərazisində təmizlik işləri apardığı əks olunub. Onun bu hərəkəti azarkeşlər arasında müxtəlif fikirlərə yol açıb.
Bəzi azarkeşlər bu addımı yüksək qiymətləndirərək, onu sadəlik və məsuliyyət nümunəsi kimi dəyərləndiriblər. Onların fikrincə, prezidentin bu davranışı kluba olan bağlılığını və məsuliyyət hissini göstərir.
Digər tərəfdarlar isə hadisəni simvolik mesaj kimi şərh ediblər. Onlar hesab edirlər ki, stadionda təmizlik aparılması klub daxilində yenilənmə və dəyişikliklərə işarə ola bilər.
Hadisə qısa zaman içində sosial mediada geniş yayılaraq müzakirələrə səbəb olub.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388546/barselona-futbol-klubunun-prezidentinden-diqqetceken-addim-video
Mənbə: https://sonxeber.az/388546/barselona-futbol-klubunun-prezidentinden-diqqetceken-addim-video



