Aparıcını təhqir edən 50 yaşlı şəxsə 600 manat cəza verilib. - Admenasi
Hadise

Aparıcını təhqir edən 50 yaşlı şəxsə 600 manat cəza verilib.

“TikTok”da televiziya aparıcısı Könül Muxtarovanı təhqir edən 50 yaşlı Səməd Göyüşova, məhkəmədə inzibati qaydada cəzalandırılnıb.

Qafqazinfo xəbər verir ki, aparıcının müsahibəsinə rəy yazmaq 6 gün əvvəl bu şərhin yazdığı 50 yaşlı Səməd Göyüşova baha başa gəlib.

Belə ki, Könül Muxtarova bir müsahibədə toyda aparıcılıq etdiyi 6 saata görə qazandığı pulun televiziyadakı aylıq maaşının 3 qatından çox olduğunu demişdi. İstifadəçi həmin paylaşıma “Tamada və manıslara dəyərindən çox pul vermək qudurmuşların əməlidir. Ona görə də bunlar daha çox qudururlar”, – rəyini yazıb.

Aparıcının sözlərinə görə, həmin şərh ona və ailə üzvlərinə pis təsir edib, bu səbəbdən şikayət etmək qərarına gəlib.

Barəsində şikayət edilən şəxs isə məhkəmədə geri çəkilib. O, həmin sözlərin qadına aid edilmədiyini, əgər xanım bunu özünə qarşı təhqir hesab edibsə, üzr istəməyə hazır olduğunu demişdi.

Yekun olaraq isə, hakim aparıcının şikayətini əsaslı hesab edərək Səməd Göyüşovu inzibati xəta törətdiyi üçün 600 manat cərimələyib.

Mənbə: https://sonxeber.az/388518/azerbaycanda-taninmis-apariciya-yazdigi-serh-50-yasli-kisiye-baha-basa-geldi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button