Məsciddə Təravih namazı zamanı sosial şəbəkə üçün video çəkməyə cəhd edən qızlar qovulub - Admenasi
Hadise

Məsciddə Təravih namazı zamanı sosial şəbəkə üçün video çəkməyə cəhd edən qızlar qovulub

Türkiyədə Təravih namazı zamanı məsciddə sosial şəbəkə üçün video çəkməyə cəhd edən gənc qızlar digər ibadət edənlərin etirazları ilə üzləşib. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı görüntülər qısa müddətdə sosial mediada yayılaraq müzakirələrə səbəb olub.

Namaz əsnasında “TikTok” üçün çəkiliş etdikləri bildirilən gəncləri fərq edən bəzi qadınlar vəziyyətə müdaxilə ediblər. Camaat arasında olan qadınlar onlara “Nə namaz qılırsınız, nə də insanları rahat buraxırsınız. Məncə, buranı dərhal tərk edin” deyə irad bildiriblər.

Şifahi xəbərdarlıqdan sonra gənclərin məscid daxilindən uzaqlaşdığı qeyd olunur. Hadisənin hansı məsciddə baş verdiyi barədə məlumat verilməyib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/388514/namaz-zamani-etdikleri-uze-cixanda-mescidden-qovuldular-video

Mənbə: https://sonxeber.az/388514/namaz-zamani-etdikleri-uze-cixanda-mescidden-qovuldular-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button