Məşhur bloggerin hovuzdakı maraqlı təcrübəsi

Sonxeber.az xəbər verir ki, məşhur blogger Ruhi Çenet açıq məkanda həyata keçirdiyi maraqlı təcrübə ilə sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.
Çenet bədənini “dünyanın ən yaxşı izolyasiya materialı” kimi təqdim etdiyi aerojel maddəsi ilə örtərək hovuza daxil olub və islanmadığını göstərən görüntüləri paylaşıb. Təxminən 30 saniyəlik videoda Çenet açıq havada qurulmuş şişmə hovuzun kənarında, boz və metalik görünüşlü örtüklə kamera qarşısına çıxır.
Üzərinə çəkilən maddə səbəbilə dərisi parlaq, gümüşü səth təsiri bağışlayır. Kameraya müraciət edərək, “Bu hovuza girəcəyəm və heç islanmayacağam” deyən blogger daha sonra suya daxil olur. Kadrlarda suyun onun bədəninə toxunduğu anda səthdən sürüşərək uzaqlaşdığı, damcıların yapışmadan axıb getdiyi müşahidə olunur.
Hovuzun içində hərəkət edərkən örtüyün daha qabarıq metalik effekt yaratdığı görünür. Çenet videoda bildirir ki, dəri ilə su arasında hava boşluğu yarandığı üçün bu effekt meydana çıxır. Sudan çıxdıqdan sonra üzərində gözlə görünən yaşlıq izi olmadığı da görüntülərdə əksini tapır.
O, suyun soyuqluğunu hiss etmədiyini və tamamilə quru qaldığını vurğulayaraq bunu “möcüzə” adlandırır. Çenet özünü su keçirməz hala gətirən maddənin aerojel olduğunu qeyd edir. Videonun sonunda aerojelin toz formasını bədəninə tətbiq etdiyi anlar da göstərilir. Paylaşım qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388513/meshur-blogger-girdiyi-hovuzdan-qupquru-cixdi-video
Mənbə: https://sonxeber.az/388513/meshur-blogger-girdiyi-hovuzdan-qupquru-cixdi-video



