Messi məğlubiyyətə səbəb olan qarşılaşmada hakimin otağına girmişdir - VIDEO - Admenasi
Idman

Messi məğlubiyyətə səbəb olan qarşılaşmada hakimin otağına girmişdir – VIDEO

Amerika futbolunun MLS çempionatının ilk turunda “İnter Mayami” ağır məğlubiyyətlə üzləşib. Lionel Messinin çıxış etdiyi Inter Miami CF doğma meydanda Los Angeles FC komandasına 0:3 hesabı ilə uduzub.

Sonxeber.az müxtəlif xarici müxbirliyə istinadən xəbər verir ki, qarşılaşmada Los-Anceles təmsilçisi üstün oyun nümayiş etdirib. Qolları David Martinez, Denis Buanga və Natan Ordaz vurublar.

Oyundan sonra isə diqqət mərkəzinə Lionel Messi düşüb. 38 yaşlı argentinalı futbolçu final fitindən sonra hakim qərarlarına kəskin etiraz edib. Bildirilir ki, o, hakimlərin soyunub-geyinmə otağına daxil olmağa çalışıb. Komanda yoldaşı Luis Suares Messini sakitləşdirməyə və qarşısını almağa cəhd etsə də, ulduz futbolçunun israr edərək hakim otaığına girdiyi iddia olunur.

Argentina mətbuatının yaydığı məlumatlara görə, bu hərəkətinə görə Messini ciddi cəza gözləyə bilər. İddialara əsasən, futbolçu ən azı 5 oyunluq diskvalifikasiya ilə üzləşə bilər.

Hadisə MLS-də mövsümün hələ ilk turunda yaşansa da, artıq geniş müzakirələrə səbəb olub.

Video ucun menbeyey baxin: https://sonxeber.az/388509/yarisda-uduzan-messi-hakimin-otagina-girib-gorun-ne-etdi-video

Mənbə: https://sonxeber.az/388509/yarisda-uduzan-messi-hakimin-otagina-girib-gorun-ne-etdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button