Sosial
Nazirlikdən xəbərdarlıq: İki ərazidə partlayışlar olacaq

Pirəkəşkül və Ağdərədəki 23-27 fevral tarixlərində bitən və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.
Sonxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Qeyd edilib ki, istismara yararsız sursatların təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqondakı və Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv olunması prosesi həyata keçiriləcək.
“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – deyə MN-dən bildirilib.
Mənbə: https://sonxeber.az/388502/nazirlikden-xeberdarliq-iki-erazide-partlayislar-olacaq



