Rənginə baxıb almayın – Buna diqqət edin

Pomidor seçərkən ən çox nəyə diqqət edirik? Əlbəttə, rənginə. Əgər piştaxtadakı pomidor yaxşı qızarıbsa, onu almağa üstünlük veririk.
Metbuat.az xəbər verir ki, mütəxəssisələr bu üsulun səhv olduğunu iddia edirlər. Onların fikrincə, pomidorun keyfiyyəti yalnız rəngi ilə deyil, bir sıra digər əlamətlərlə müəyyən olunur.
Burada diqqət edilməli olan əsas məqam pomidorun saplağıdır. Tərəvəzin saplağı onun təzəliyinin əsas göstəricisidir. Yaşıl rəngdə saplaq məhsulun yeni yığıldığını, qaralmış və qurumuş saplaq isə uzun müddət saxlandığını göstərir. Eyni zamanda çox yumşaq pomidorların tez xarab olma ehtimalı yüksəkdir.
Mütəxəssislər alıcılara rənglə yanaşı saplağa, qoxu və toxunuş xüsusiyyətlərinə diqqət yetirməyi tövsiyə edirlər. Bununla bağlı qaydalara əməl etməklə həm dadlı, həm də daha keyfiyyətli pomidor seçmək mümkündür.
Mənbə: https://sonxeber.az/388466/rengine-baxib-almayin-buna-diqqet-edin



