Almaniyada dövlət qulluğuna qəbulun dondurulması təklif edilir - Admenasi
Dunyada

Almaniyada dövlət qulluğuna qəbulun dondurulması təklif edilir

Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutunun rəhbəri Klemens Füst pula qənaət etmək üçün yeni dövlət qulluqçularının işə götürülməsini müvəqqəti olaraq dayandırmağı təklif edib.

Oxu.Az “Welt am Sonntag” nəşrinə istinadən xəbər verir ki, bundan başqa, Füst daşınmaz əmlak subsidiyalarının azaldılma fikrini də irəli sürüb.

“Təcili tədbirlər qismində hüquqi cəhətdən məcburi müqavilələri olmayan bütün subsidiyaları üçdəbir qədər azalda və milli müdafiə sektoru istisna olmaqla, dövlət sektorunda yeni işçilərin işə götürülməsinə moratorium tətbiq edə bilərik”, – o deyib.

Qeyd edək ki, 30 iyul 2025-ci ildə Almaniya hökuməti ümumi xərcləri 520.5 milyard avroluq 2026-cı il üçün federal büdcə layihəsini təsdiqləyib. Büdcəyə əsasən, müdafiə xərcləri təxminən 82.7 milyard avroya, Ukraynaya yardım isə təxminən 9 milyard avroya çatacaq.

Mənbə: https://sonxeber.az/388484/almaniyada-dovlet-qulluguna-qebulun-dondurulmasi-teklif-edilir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button