"Bavariya"nın yarımmüdafiəçisi Bundesliqada tarixi rekorda imza atıb - Admenasi
Idman

“Bavariya”nın yarımmüdafiəçisi Bundesliqada tarixi rekorda imza atıb

“Bavariya” Almaniya çempionatının XXIII turunda evdə “Ayntraxt Frankfurt”u 3:2 hesabı ilə məğlub edib.

“Report”un məlumatına görə, meydan sahiblərinin heyətində Harri Keyn dubl edib, daha bir qolu isə Pavloviç vurub. Qonaqların heyətində Burkardt və Kalimuendo fərqləniblər.

Matçda həmçinin “Bavariya”nın hücuma meyilli yarımmüdafiəçisi Camal Musiala da iştirak edərək Bundesliqadakı 100-cü qələbəsini qazanıb.

Alman futbolçu turnir tarixində bu mərhələyə çatan ən gənc oyunçu olub. “Opta” statistika portalının məlumatına görə, rekord zamanı onun 22 yaşı (360 gün) olub.

“Bavariya” növbəti turda 28 fevralda səfərdə “Borussiya” ilə, “Ayntraxt” isə 1 martda “Frayburq”la qarşılaşacaq.

Mənbə: https://sonxeber.az/388440/bavariyanin-yarimmudafiecisi-bundesliqada-tarixi-rekorda-imza-atib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button