Lvovda TERROR AKTI: Ölən və yaralananlar var - Admenasi
Dunyada

Lvovda TERROR AKTI: Ölən və yaralananlar var

Lvovda gecə saatlarında baş vermiş partlayışlar nəticəsində yaralananların sayı 24-ə çatıb.

Oxu.Az bu barədə Ukrayna Milli Polisinin rəsmi saytına istinadən xəbər verir.

“Bu gün təxminən saat 00:30-da “102” xüsusi telefon xəttinə Danilişin küçəsindəki mağazaya qanunsuz daxilolma barədə məlumat daxil olub. Patrul polis heyəti hadisə yerinə gəldikdən sonra partlayış baş verib. Sonradan ikinci heyət gələndə daha bir partlayış eşidilib. İlkin olaraq müəyyən edilib ki, əldəqayırma partlayıcı qurğular işə salınıb.

Partlayışlar nəticəsində 23 yaşlı qadın polis əməkdaşı həlak olub. Patrul polisinin xidməti avtomobili və mülki nəqliyyat vasitəsi zədələnib”, – deyə məlumatda bildirilir.

Ukrayna Cinayət Məcəlləsinin ağır nəticələrə səbəb olan terror aktı maddəsi ilə cinayət işi başlanıb.

Mənbə: https://sonxeber.az/388473/lvovda-terror-akti-olen-ve-yaralananlar-var

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button