Azərbaycanın məşhur klarnetçisi verilişlərin biabırçılığını etiraf etdi - Admenasi
Şou biznes xəbərləri

Azərbaycanın məşhur klarnetçisi verilişlərin biabırçılığını etiraf etdi

Axşam.az xəbər verdi ki, sənətçi Hüseyn Məhəmmədoğlu sosial şəbəkədə paylaşdığı videoda ölkə rəhbərliyinə və sənət adamlarına müraciət edib:

“Bu videonu çəkməkdə bir məqsədim var. Mən bu günə qədər şəraitimə, fəxri ada, nə də başqa titula görə heç bir zaman ölkə başçımıza müraciət etməmişəm. Amma efirdəki bu günkü vəziyyətə görə məcburam, bu bizi uçuruma aparır.

Buna bizim xalqımız, qonşu xalqlarımız, qardaş Türkiyə dövlətinin musiqiçiləri və sənət adamları da baxırlar. Mənə bunu dəfələrlə deyiblər.

Azərbaycan musiqisinə ləkə gətirən insanların haqqında çox hörmətli cənab Prezidentimiz İlham Əliyevə, vitse-prezidentimiz Mehriban xanım Əliyevə, mədəniyyət nazirimiz Adil Kərimliyə müraciət etmək istəyirəm.

Müraciətim ondan ibarətdir ki, çox xahiş edirəm, bugünkü verilişlərdə olan biabırçılıqlara bir əncam qılasınız. Bəlkə sizin qarşınıza çıxmayıb, amma bütün Azərbaycan sənətkarları artıq beziblər. Bu, bir biabırçılıqdır.

Verilişlərin 90 faizində ailələrdən, həyat yoldaşının corab geyindirdikləri və ya bədən şəkilləri ilə bağlı danışırlar. Yəni, çox biabırçılıqlar baş verir.

Mən bütün sənətkarlara müraciət edirəm. Əməkdar və Xalq artistləri, Şərəf və Şöhrət ordenli sənətkarlar, bu adlar sizə dövlət tərəfindən verilib. Siz Azərbaycan musiqisinə qulluq edirsiniz, onu göylərə qaldırırsınız. Allah sizinlə razı olsun. İnsiyatativ müraciəti siz də edin. Prezidentimizlə Mehriban xanım Əliyevə xahiş edirəm, ciddi məşğul olun. Biz bu biabırçılıqdan qurtulmaq istəyirik.

Heç bir canalı açıb övladımızla izləyə bilmirik, baxanda xəcalət çəkirik. Yalnız tərbiyəsizlik və əxlaqsızlıq baş verir. Səhər verilişlərinə baxsanız görərsiniz, davalar, söyüşlər, tənqidlər… Bir çox kanallarda yaxşı verilişlər də var.

Bir neçə gündür ki, bu hadisələr mənim əsəbimi çox pozub. Sənətkarlara fəxri adlar Azərbaycan musiqisini qoruyub saxlamaq üçün verilib. Yeri gələndə danışmalısınız. Sizdən xahiş edirəm, danışın, nə vaxta qədər susacaqsınız?!”.

Mənbə: https://sonxeber.az/388454/kanallari-ovladimizla-izleye-bilmirik-xecalet-cekirik

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button