Dunyada
ABŞ-nin rəhbərlik etdiyi koalisiya Suriyadakı hərbi bazadan qüvvələrini çıxarır

ABŞ-nin rəhbərliyi ilə İŞİD-lə mübarizə üçün yaradılmış beynəlxalq koalisiya Suriyanın Əl-Həsəkə əyalətindəki “Kasrak” hərbi bazasından qoşunlarını çıxarmağa başlayıb.
“Report”un “Syria TV”yə istinadən məlumatına görə, şəxsi heyət və hərbi texnika karvanları qonşu İraqa gedir.
“Kasrak” bazası eyniadlı əyalətin paytaxtı Həsəkə şəhərinin yaxınlığında yerləşir. O, Qərb koalisiyasının Suriyadakı ən böyük hərbi obyekti hesab olunurdu.
Daha əvvəl ABŞ-nin təxminən 1 000 nəfərlik bütün qoşunlarını iki ay ərzində Suriyadan çıxarmağa hazırlaşdığı bildirilib.



