KİV: Emmanuel Makronla məsləhətləşmələrdən sonra hökumət dəyişikliklərinin təxirə salınması haqqında xəbər - Admenasi
Dunyada

KİV: Emmanuel Makronla məsləhətləşmələrdən sonra hökumət dəyişikliklərinin təxirə salınması haqqında xəbər

Fransanın Baş naziri Sebastyan Lekornu respublikanın Prezidenti Emmanuel Makronla məsləhətləşmələrdən sonra əvvəlcədən elan edilmiş hökumət dəyişikliklərini təxirə salıb.

“Report” xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti Nazirlər Kabinetinin başçısının ətrafındakı mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Baş nazir hökumətin enerji siyasətindən narazı olan sağçı “Milli Birlik” Partiyasının Fransanın Milli Assambleyasına (parlamentin aşağı palatası) təqdim etmək niyyətində olduğu etimadsızlıq qətnaməsi səbəbindən kabinetin yenilənməsindən müvəqqəti imtina edib.

“Baş nazir “Milli Birlik” tərəfindən təklif edilən etimadsızlıq votumunun müzakirəsinin elan edilməsini gözləyir”, – nəşrin mənbəsi bildirib.

Qeyd olunub ki, kabinetdə dəyişikliklər ən tezi 25 fevralda həyata keçiriləcək. Hökuməti tərk edəcək üç nəfər artıq məlumdur: “Paris meri seçkilərində iştirak edən mədəniyyət naziri Raşida Dati, Hesablama Palatasının rəhbəri vəzifəsinə təyin olunmuş dövlət hesablarına cavabdeh nazir Ameli de Monşalen, həmçinin muxtariyyət və əlillik məsələləri üzrə nazir Şarlot Parmentye-Lekok hökuməti tərk edəcək”.

Mənbə: https://sonxeber.az/388408/kiv-lekornu-makronla-meslehetlesmelerden-sonra-hokumet-deyisikliklerini-texire-salib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button