Ceyms Kemeron “Netflix”in şirkəti satması tərəfdarı olmur

“Terminator”, “Titanik” və “Avatar” filmlərinin rejissoru Ceyms Kemeron amerikalı senator Mayk Liyə məktub göndərərək “Netflix” şirkətinin “Warner Bros. Discovery” (WBD) media qrupunu satın alma niyyətini tənqid edib.
Oxu.Az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
“Mən qəti əminəm ki, WBD-nin “Netflix”ə satılması ilə bağlı təklif olunan razılaşma bütün həyatımı həsr etdiyim kinoteatr biznesi üçün fəlakət olacaq. Əlbəttə, bütün filmlərim video platformalarda da nümayiş olunar, lakin mənim ilk və ən böyük sevgim kinoteatrdır. Bu razılaşma ABŞ-də kinoteatr biznesinə ciddi zərər vura, iş yerlərinin və kinoteatrlarda nümayiş olunan filmlərin sayının azalmasına səbəb ola bilər”, – deyə rejissor vurğulayıb.
Kemeron əlavə edib ki, “Netflix”in biznes modeli ənənəvi kinoteatr nümayiş sistemi ilə ziddiyyət təşkil edir.
Mənbə: https://sonxeber.az/388391/ceyms-kemeron-heyecan-tebili-caldi-kinoteatrlarin-taleyi-tehlukededir



