Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? - Mütəxəssislərdən XƏBƏRDARLIQ - Admenasi
Maraqli

Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Qramla ətir satışı bu gün alıcılara tələbatını ödəyən əsas segment sayılır, amma məhsulun keyfiyyəti, tərkibi və mənşəyi ilə bağlı fikirlər birmənalı deyil. Azərbaycanda qramla ətir satışı getdikcə populyarlaşır, istehlakçılar bahalı və brend ətirləri kiçik dozada və büdcələrinə uyğun ala bilir. Lakin məhsulun keyfiyyəti, tərkibi, sağlamlığa təsiri və nəzarət mexanizmləri sual altındadır.

Dünya markalarının bənzərləri olan yağ parfümlərin qramlığı nəzərdə tutulmur, həm də dünya brendlərinin öz ətirlərinin qramlıq satışı həyata keçirilir. Buna dekant satış deyilir. Yəni, ətirlər orijinal qablaşdırmadan ayrı, kiçik həcmlərdə satılır.

Bəzi satıcılar məhsulu keyfiyyətli göstərməyə çalışaraq alıcıları manipulyasiya edirlər. Ətrin fiziki məhsul olmadığından alıcılar nüanslara fikir vermir və ya məlumatlı olmurlar. Qramlıq ətir satanlar isə əksər hallarda ətrin tünd rəngi və ya qatılığı ilə məhsulu keyfiyyətli göstərməyə çalışaraq manipulyasiya edirlər. Məlumatlı alıcını heç bir qeyri-peşəkar satıcı aldada bilməz.

Mütəxəssislər saxta parfümlərin tərkibində tez-tez ftalatlar və formaldehidlər kimi zərərli maddələrdən istifadə olunur. Ftalatlar ətir və kosmetikada qoxunun uzun müddət qalıcı olmasını təmin etmək və parfümün “yayılma” xüsusiyyətini yaxşılaşdırmaq üçün istifadə olunur.

Parfümeriya bazarı Azərbaycanda ən çox çirklənmiş segmentlərdən biri sayıla bilər. Mütəxəssislər hesab edir ki, bu sahə üzrə faktiki olaraq nəzarət edən qurum yoxdur. Hazırda parfümeriya məhsulları dəyişdirilməsi və qaytarılması mümkün olmayan mallar siyahısına daxildir. Bəzi biznes subyektləri bu normadan sui-istifadə edirlər.

İstehlakçılar ətrinin notlarını anlamağa və duymağa çalışmalıdırlar. Ətri seçimdən əvvəl dəri və ya kağız-blətər üzərində sınamaq tövsiyə olunur. Əgər ətrin mənşəyindən şübhələnirsinizsə və qoxuda “yanmış plastik” və ya xoşagəlməz “sirkə” qoxusu hiss edirsinizsə, məsləhətdir ki, ondan uzaq durasınız.

Mənbə: https://sonxeber.az/388383/qramla-satilan-etir-yoxsa-xerceng-ve-sonsuzluq-riski-mutexessislerden-xeberdarliq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button