Dünya Boks Təşkilatı (WBO) Janibek Alimxanulını diskvalifikasiya edib - Admenasi
Idman

Dünya Boks Təşkilatı (WBO) Janibek Alimxanulını diskvalifikasiya edib

Oxu.Az-ın xəbərinə görə, Dünya Boks Təşkilatı (WBO) Qazaxıstan nümayəndəsi Janibek Alimxanulını bir il müddətinə diskvalifikasiya edib.

Diskvalifikasiya müddəti 2 dekabr 2025-ci ildən hesablanır.

Alimxanulı antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib. Həmin təşkilat Alimxanulının orta çəkidə çempionluq kəmərini saxlayıb, lakin həmin çəki dərəcəsində müvəqqəti titul uğrunda döyüş təyin edib ki, burada britaniyalı Denzel Bentli və venesuelalı Endri Saavedra qarşılaşacaqlar. Döyüşün tarixi daha sonra təyin olunacaq.

Diskvalifikasiya müddətində Alimxanulı rəsmi və ya nümayiş döyüşlərində iştirak hüququndandan məhrum edilib. Diskvalifikasiya müddəti bitdikdən dərhal sonra o, müvəqqəti titul uğrunda döyüşün qalibinə qarşı məcburi titul müdafiəsi yarışı keçirməlidir.

32 yaşlı Alimxanulının hesabında 17 qələbə (12-si nokautla) var və heç bir məğlubiyyəti yoxdur. O, 2013-cü ildə həvəskarlar arasında dünya çempionu olub.

Mənbə: https://sonxeber.az/388377/wbo-hec-bir-meglubiyyeti-olmayan-bokscunu-diskvalifikasiya-etdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button