Böyük Britaniyanın ticarət və business üzrə partiyalararası komitəsi III Çarlzın qardaşının Britaniyanın ticarət elçisi vəzifəsindəki fəaliyyəti haqqında araşdırma aparmaq niyyətindədir - Admenasi
Dunyada

Böyük Britaniyanın ticarət və business üzrə partiyalararası komitəsi III Çarlzın qardaşının Britaniyanın ticarət elçisi vəzifəsindəki fəaliyyəti haqqında araşdırma aparmaq niyyətindədir

“Report” xəbər agentliyindən məlum olur ki, “The Guardian” qəzeti Böyük Britaniya parlamentinin ticarət və business üzrə partiyalararası komitəsinin Kral III Çarlzın qardaşının Britaniyanın ticarət elçisi vəzifəsindəki fəaliyyəti haqqında araşdırma aparmaq niyyətində olduğunu xəbərdar edib.

Komitə Endryu Mauntbetten-Vindzorun Böyük Britaniyanın ticarət elçisi kimi fəaliyyətini araşdırmağa başlanacağına dair məlumatlar alıb. Qəzet mənbələrə istinadən bunu bildirib.

Komitənin nümayəndələri 24 fevralda keçmiş şahzadə Endryunun 2001-2011-ci illərdə yerinə yetirdiyi rolun mümkün araşdırmasını müzakirə etmək üçün toplaçaq.

Qəzet Britaniyanın yüksək vəzifəli məmurunun sözlərinə istinad edir ki, Mauntbetten-Vindzor Böyük Britaniyanın iqtisadiyyat və xarici işlər nazirlikləri tərəfindən maliyyələşdirilən “UK Trade and Investment” strukturunda işləyərkən dəfələrlə nazirlərdən daha mühüm vəzifə istəyib.

Britaniya KİV-ləri qeyd edib ki, polis Endryu Mauntbetten-Vindzorun amerikalı maliyyəçi Ceffri Epşteynlə məxfi məlumat paylaşmadığına dair məlumatları araşdırıb.

Mauntbetten-Vindzor müasir dövrdə Britaniya kral ailəsinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılan ilk üzvüdür.

Mənbə: https://sonxeber.az/388373/britaniyada-iii-carlzin-qardasinin-ticaret-elcisi-vezifesindeki-fealiyyeti-arasdirilacaq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button