Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının transportu üçün simvolik qiymət müəyyən edib

Oxu.Az-ın xəbərinə görə, “Sputnik Gürcüstan” nəşri məlumat verib ki, Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının transportu üçün simvolik qiymət müəyyən edib. Məlumata görə, bu rəsmithə İrəvanda Gürcüstanın İqtisadiyyat Naziri Mariam Kvrivişvili ilə Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan arasında keçirilən görüşdə əsas müzakirə mövzusu olub.
Gürcüstan İqtisadiyyat Nazirliyinin açıqlamasına görə, Gürcüstan tərəfi ölkədə iri nəqliyyat infrastruktur layihələri barədə qarşı tərəfə məlumat verib, hansı ki, bunun tam tətbiqi iki ölkə arasında əlaqəni əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq, ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb və artıq bir neçə dəfə məhsul partiyaları bu ölkəyə göndərilib. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.



