Rusiyada "İsgəndər" raket komplekslərini istehsal edən müəssisə vuruldu - Admenasi
Dunyada

Rusiyada “İsgəndər” raket komplekslərini istehsal edən müəssisə vuruldu

Rusiyanın Udmurtiya Respublikasının Votkinsk şəhəri dron hücumuna məruz qalıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə bölgə rəhbəri Aleksandr Breçalov öz “Telegram” kanalında məlumat verib.

“Əməliyyat məlumatlarına görə, ziyan dəyib və xəsarət alanlar var. Hər kəsə lazımi kömək göstərilir”, – deyə o bildirib.

Şahidlər “Telegram” kanallarında azı üç partlayışın olduğunu yazırlar. Sosial şəbəkədə yayılan kadrlarda göstərilir ki, zərbələr “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin istehsal edildiyi Votkinsk zavoduna endirilib.

Regional səhiyyə naziri Sergey Baqinin sözlərinə görə, dron hücumu nəticəsində 11 nəfər yaralanıb.

“Üç nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib – ikisi orta, biri ağır vəziyyətdədir. Daha səkkiz yaralı həkimlər tərəfindən müayinə edilib və ambulator müşahidə üçün buraxılıb”, – deyə Baqin öz “Telegram” kanalında yazıb.

Bir sıra Ukrayna KİV iddia edir ki, hücumun hədəfi Ukrayna sərhədindən təxminən 1400 km məsafədə yerləşən və uzaqmənzilli ballistik raketlər üçün mühərriklər istehsal edən Votkinskdəki maşınqayırma zavodu olub. Həmçinin bildirilib ki, zərbə zamanı pilotsuz uçuş aparatları deyil, “Flamingo” qanadlı raketindən istifadə edilmiş ola bilər.

Mənbə: https://sonxeber.az/388357/rusiyada-isgender-raket-komplekslerini-istehsal-eden-muessise-vuruldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button