Dunyada
Ukrayna “kölgə donanması”nın 225 kapitanına və 44 Rusiya şirkətinə qarşı sanksiyalar tətbiq edilib

Ukrayna Prezidenti Volodimir Zelenski yeni sanksiya paketlərinin tətbiqi ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını qüvvəyə mindirən fərmanlar imzalayıb.
“Report” xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.
Ukrayna Prezidentinin saytında qeyd olunub ki, qərarlardan biri Rusiyanın “kölgə donanması”na qarşı mübarizəyə yönəlib: Rusiya neft məhsullarını ixrac edən gəmilərin 225 kapitanına qarşı sanksiyalar tətbiq edilib. Onların arasında 11 ölkənin, xüsusilə Rusiya, Hindistan və Filippin vətəndaşları var.



