Nigar Həsənovanın azad olunması üçün qərar çıxarıldı - Admenasi
Sosial

Nigar Həsənovanın azad olunması üçün qərar çıxarıldı

Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova 10 gün əvvəl dələduzluq ittihamı ilə həbs edilmişdi. Sonxeber.az üçün “Qafqazinfo” saytı “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.

Nigarın vəkili İlqar Rüstəmov saytımıza açıqlamasında deyib ki, həbs qərarından verdiyi apellyasiya şikayəti təmin edilib. Hakim Faiq Qəniyev Xətai Rayon Məhkəməsinin həbs qərarının qüvvəyə minməsinə əsas görməyib. Nigar Həsənova məhkəmə zalında həbsdən azad edilib.

Vəkil əlavə edib ki, bu iş yalnız borc və sələmlə bağlıdır, ortada böyük cinayət yoxdur. Hakim də indiki qərarı qəbul etməzdən əvvəl müdafiə tərəfi ilə eyni nəticəyə gəlib.

Qeyd edək ki, cinayət işi üzrə 18 nəfər zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, zərərçəkmiş şəxslərə məxsus çoxu qızıl-zinət əşyaları olmaqla 810 min 337 manat ziyan dəyib.

Mənbə: https://sonxeber.az/388317/ilhame-quliyevanin-bacisi-qizi-hebsden-buraxildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button