1 Saniyədə Dünyada Baş Verən Hərçəyinə Qədər

Rəqəmsal dövrdə zaman anlayışına dəyişiki gəlib. Qaynarinfo xəbər verir ki, saat əqrəbinin saniyəlik kiçik hərəkəti qlobal miqyasda nəhəng iqtisadi əməliyyatlar, bioloji yenilənmə, internet trafiki və insan hərəkətliliyinə çevrilir.
“Amazon” xüsusiyyətləri ilə saniyədə 8 min sifarişi emal edir və qlobal elektron ticarətin miqyasını nümayiş edir. Logistika mərkəzində təkmil robotlar və avtomatlaşdırılmış sistemlər fasiləsiz işləyir. Konveyer xətlərində hərəkət edən bağlamalar real vaxt rejimində izlənilir. Bu sürət onlayn alış-verişin və qlobal istehlak vərdişlərinin çatdığı səviyyəni göstərir.
Hər saniyə insan orqanizmində təxminən 2-3 milyon hüceyrə ölür və yenidən yaranır. Bu fasiləsiz proses sağlamlığın və bioloji balansın qorunması üçün həyati əhəmiyyət daşıyır. Kans dövranı, immun sistem və toxuma yenilənməsi dayanmadan fəaliyyət göstərir.
Saniyədə qlobal rəqəmsal ödəniş sistemlərində 50 milyon dollardan artıq əməliyyat həyata keçirilir. Kart ödənişləri, onlayn bankçılıq və mobil tətbiqlər vasitəsilə dünyanın ən aktivi və ya ən sürətli maliyyə axını formalaşır. Qlobal maliyyə dinamikası rəqəmsal iqtisadiyyatın qüdrətini nümayiş etdirir.
Hər saniyə bəşəriyyət təxminən 18 milyon kilovat-saat elektrik enerjisi sərf edir. Evlər, zavodlar, nəqliyyat sistemləri və məlumat mərkəzləri bu enerjidən istifadə edir.
Dünyada istənilən anda təxminən 10-12 min təyyarə səmada hərəkət edir. Milyonlarla sərnişin qitələr arasında səfər edir. Hava hərəkətinə nəzarət sistemləri, radar şəbəkələri və peyk əsaslı naviqasiya infrastrukturu saniyə-saniyə koordinasiya təmin edir.
Dünya üzrə hər saniyə təxminən 1 milyon saatlıq “YouTube” məzmunu izlənilir. Telefonlar, kompüterlər və “ağıllı” televizorlar vasitəsilə yayımlanan videolar rəqəmsal diqqət iqtisadiyyatının nə qədər qüdrətli olduğunu ortaya qoyur.
Hər saniyə “WhatsApp” platformasında 40 milyondan artıq mesaj göndərilir. Şəxsi yazışmalar, iş mesajları, qrup söhbətləri və media faylları qlobal şəbəkədə ani şəkildə yayılır.
“Google” üzərindən hər saniyə təxminən 99 min axtarış həyata keçirilir. Axtarış sistemləri qlobal informasiya məkanına çıxışın əsas vasitələri kimi saniyələr ərzində milyardlarla məlumat arasından nəticə təqdim edir.
Hər saniyə qlobal şəbəkələrdə təxminən 120 terabayt məlumat ötürülür. Video yayımları, bank əməliyyatları, sosial media paylaşımları və korporativ məlumat transferləri bu trafikin tərkib hissəsidir.
Mənbə: https://sonxeber.az/388270/dunyada-cemi-1-saniyede-neler-bas-verir-reqemler-aglasigmazdir



