Dilənçinin qarşısında POS-terminal görən kəndlilər şok oldu – VİDEO

Türkiyənin Şanlıurfa şəhərində qeydə alınan görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub. Küçədə dilənçilik etdiyi bildirilən bir qadının qarşısında ödəniş terminalı olduğu görülüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisəni mobil telefonla lentə alan vətəndaş təəccübünü gizlədə bilməyərək, “Yuxuda görsəm inanmazdım. POS-terminal (ödəniş terminalı) ilə dilənçilik edir. Belə şey olar? Deməli, vergi mükəlləfidir” sözlərini deyib.
Görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılaraq müxtəlif reaksiyalara səbəb olub. İstifadəçilər hadisəyə həm təəccüblə, həm də tənqidi yanaşıb. Məsələ ilə bağlı rəsmi qurumların araşdırma aparıb-aparmadığı isə hələlik məlum deyil.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388265/dilencinin-qarsisinda-odenis-terminali-gorenler-sok-oldu-video
Mənbə: https://sonxeber.az/388265/dilencinin-qarsisinda-odenis-terminali-gorenler-sok-oldu-video



