HAVALIMANİ YOLUNDAN İSTİQAMƏTLƏR DƏYİŞDİRİLİR

Sonxeber.az xəbər verir ki, Suraxanı rayonu, Hava limanı şosesində elektron məlumat-sürət tablolarının üzərində olan metal konstruksiyada son tamamlama işləri ilə əlaqədar yolun nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb ki, məhdudiyyət 21 fevralda saat 00:00-dan 05:45-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metro stansiyası istiqamətində, 02:00-dan 05:15-dək isə “Koroğlu” metro stansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində tətbiq ediləcək.
“Mərdəkan şosesindən gələn sürücülər Zığ şosesinə, şəhər istiqamətindən gələn sürücülər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək. Bundan əlavə, sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər”.
Mənbə: https://sonxeber.az/388244/xeberdarliq-gece-bu-yol-tam-baglanacaq



