Göyərçinləri ilə məşhur şəhərdə - Gözlənilməz qərar - Admenasi
Dunyada

Göyərçinləri ilə məşhur şəhərdə – Gözlənilməz qərar

Polşanın Krakov şəhərində göyərçinlərin sayının artmasının qarşısını almaq məqsədilə pilot artım nəzarəti proqramına start verilib.

“Qafqazinfo” xəbər verir ki, proqram Krakov Şəhər Şurası və “Dzikusy Salamandry” Fondunun əməkdaşlığı ilə həyata keçirilir.

Layihə çərçivəsində göyərçinlərin toplandığı ərazilərə artım nəzarəti preparatı ilə örtülmüş qarğıdalı dənələri yerləşdirilən xüsusi yemləyicilər qoyulacaq.

Şəhər Şurasının heyvan rifahı üzrə sözçüsü Sabina Yaneçko bildirib ki, əsas məqsəd quşların ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırmaq, həddindən artıq populyasiyanın yaratdığı xəstəlik və qida çatışmazlığı riskini azaltmaqdır.

O vurğulayıb ki, proqram uzunmüddətli və təhlükəsiz şəkildə icra olunacaq və nəticələr tədricən müşahidə ediləcək.

Fondun baytar həkimi Pşemısuaf Baran isə qeyd edib ki, hər gün klinikaya onlarla yaralı və zəifləmiş göyərçin gətirilir. Onun sözlərinə görə, problemin sistemli həlli üçün belə bir addım zəruri hesab olunub.

Qeyd edək ki, Krakov göyərçinləri ilə məşhur turizm şəhəridir.

Mənbə: https://sonxeber.az/388176/goyercinleri-ile-meshur-seherde-gozlenilmez-qerar

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button