Rusiyalı psixoloq ayrılıqların əsas səbəblərini izah etdi - Admenasi
Maraqli

Rusiyalı psixoloq ayrılıqların əsas səbəblərini izah etdi

“Müasir nikahlar müxtəlif məhdudiyyətlər fonunda cütlük arasında ortaqlığın olmaması səbəbindən tez-tez dağılır”.

Oxu.Az xəbər verir ki, bunu aif.ru-ya müsahibəsində rusiyalı psixoloq Mixail Xors deyib.

“Nikah həm məhdudiyyətlər, həm də müəyyən ortaq imkanlar deməkdir. Əgər məhdudiyyətlərin sayı ortaqlığın istər maddi, istərsə də mənəvi miqdarını üstələyirsə, insanlar ayrılırlar. Müasir dünyada uzunmüddətli nikahı qoruyub saxlamaq çox vaxt məhz ortaq bir şeyin – əmlakın, uşaqların, hansısa imkanların hesabına mümkün olur”, – deyə mütəxəssis bildirib.

Xors daha əvvəl onu da qeyd edib ki, ayrılıqlar daha çox yaş fərqi və ya sosial status fərqi səbəbindən deyil, dünyagörüşü fərqinə görə baş verir.

Psixoloqun sözlərinə görə, kompromisə getməyə hazır olduqda cütlüyün uzunmüddətli münasibət qurmaq şansı daha çoxdur.

Mənbə: https://sonxeber.az/388222/rusiyali-psixoloq-ayriliqlarin-esas-sebeblerini-izah-etdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button