Balaəlinin boyunbağısı diqqət çəkdi – FOTO

Meyxanaçı Balaəli Maştağalı uzun müddət televiziya proqramlarında görünməməsinə dair danışıb. Milli.Azın məlumatına görə, söz ustası bildirdi ki, səhhətində yaranan problem, bu görünməməsinə əsas səbəb olub.
Onun sözlərinə görə, zəhərli zob xəstəliyi səbəbindən boyun nahiyəsində xüsusi boyunbağı taxmağa məcbur qalıb. Meyxanaçı qeyd edib ki, istifadə etdiyi boyunbağı təmiz daşlardan hazırlanıb və sağlamlıq cəhətdən ona uyğundur. Balaəli əlavə edib ki, bu görünüş meyxanaçı tərzi üçün müəyyən qədər riskli hesab edilsə də, boyunbağını geyimləri ilə uyğunlaşdırmağa çalışdığını, rəng və üsluba xüsusi diqqət yetirdiyini deyib.
Sənətçinin açıqlaması sosial şəbəkələrdə müzakirələri dərhal başlatsa da, izləyicilərin bir qismi ona sağlamlıq arzulayıb, digərləri isə yeni stilini fərqli və maraqlı hesab eləyib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388227/balaelinin-boyunbagisi-diqqet-cekdi-video
Mənbə: https://sonxeber.az/388227/balaelinin-boyunbagisi-diqqet-cekdi-video



