Aleyna Tilkinin anasının Instagramda ödənişli abunə sistemi fəaliyyətə gəlib

Müğənni Aleyna Tilkinin anası Havva Öztel Instagram platformasının təqdim etdiyi ödənişli abunə funksiyasını aktivləşdirərək izləyiciləri üçün xüsusi məzmun paylaşmağa başladı.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Havva Öztel Instagram platformasının təqdim etdiyi ödənişli abunə funksiyasını aktivləşdirərək izləyiciləri üçün xüsusi məzmun paylaşmağa başlayıb. Bildirilib ki, o, paylaşımlarını aylıq ödəniş edən məhdud auditoriyaya təqdim etməyi planlaşdırır.
Sistemi işə saldıqdan qısa müddət sonra Öztelin 29 abunəçi toplaması diqqət çəkib. Onun bu addımı şou-biznes mühitində sosial medianın qənaət mənbəyinə çevrilməsi strategiyası kimi qiymətləndirilib.
Mənbə: https://sonxeber.az/388182/aleyna-tilkinin-anasi-instagramda-odenisli-abune-sistemi-acib



