Idman
Qurban Qurbanov uzun müddət sonra İK-nın iclasına qatıldı

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. İclasda əsas məsələ Azərbaycan U-20 yığmasının baş məşqçi postuna təyinat olacaq.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da iclasa qatılıb.
Qeyd edək ki, o, bundan öncəki 4 iclasda iştirak etməmişdi.
Mənbə: https://sonxeber.az/388205/qurban-qurbanov-uzun-muddet-sonra-ik-nin-iclasina-qatildi



