Ronaldonun keçmiş sevgilisindən illər sonra etiraf: "Mənə çox pul təklif edildi" - Admenasi
Dunyada

Ronaldonun keçmiş sevgilisindən illər sonra etiraf: “Mənə çox pul təklif edildi”

Portuqaliyalı ulduz futbolçu Cristiano Ronaldonun keçmiş sevgilisi, britaniyalı model və aktrisa Gemma Atkinson illər sonra diqqətçəkən açıqlama ilə gündəmə gəlib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Atkinson bildirib ki, Ronaldoya qarşı mənfi fikirlər səsləndirməsi üçün ona yüksək məbləğdə pul təklif olunub. Lakin o, bu təklifi qəbul etmədiyini vurğulayıb.

Keçmiş model açıqlamasında qeyd edib ki, münasibətləri başa çatsa da, Ronaldo haqqında həqiqətə uyğun olmayan və ya şişirdilmiş fikirlər səsləndirmək istəməyib. Onun sözlərinə görə, bəzi media qurumları sensasiya yaratmaq məqsədilə ondan açıqlama almağa çalışıblar.

“Atılan addım mənim prinsiplərimə uyğun deyildi. Buna görə də təklifi rədd etdim”, – deyə Atkinson bildirib.

Xatırladaq ki, Ronaldo və Atkinson 2007-ci ildə qısa müddət münasibətdə olublar. Hazırda hər iki tərəf şəxsi həyatlarını mediadan uzaq şəkildə davam etdirir.

Mənbə: https://sonxeber.az/388200/ronaldonun-kecmis-sevgilisinden-iller-sonra-etiraf-mene-cox-pul-teklif-edildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button