Sosial
Xalq artisti: “Xəstəyəm, danışa bilmirəm”

Uzun zamandır ki, xəstəxanada müalicə olunan Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev vəziyyətini açıqlayıb.
Rasim Balayev Qaynarinfo-ya açıqlamasında danışa bilmədiyini bildirib:
“Xəstəyəm, danışa bilmirəm. Yatıram, çox halsızam”.
Qeyd edək ki, Xalq artisti Rasim Balayevin səhhətində problem yaranıb. Onun ayaqlarının tutulduğu bildirilir.
Mənbə: https://sonxeber.az/388194/xalq-artisti-xesteyem-danisa-bilmirem


