Bakıda məşhur ticarət mərkəzinin qarşısında qadını maşın vurdu – VİDEO

Nəsimi rayonunun Neftçilər prospektində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın sorğusuna cavab verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, hadisə fevralın 18-də saat 21:50-də qeydə alınıb.
“KIA markalı 99-QV-175 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Vəlizadə Səbrin yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən Fərdan Ədilovanı vurub. Hadisə nəticəsində piyada xəsarət alıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır”, – deyə T.Nəsirli bildirib.
Bakının Nəsimi rayonunda mərkəzi prospektlərindən biri olan Neftçilər prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında “Cresent Mall” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb.
Hadisənin baş verməsinə səbəb piyadanın yolu sürətli nəqliyyat axını olan yerdən keçməyə cəhd etməsi olub.
Faktın dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu verilib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388192/bakida-meshur-ticaret-merkezinin-qarsisinda-qadini-masin-vurdu-video
Mənbə: https://sonxeber.az/388192/bakida-meshur-ticaret-merkezinin-qarsisinda-qadini-masin-vurdu-video



