Tövləyə girən çoban nəhəng dovşanla qarşılaşıb - Admenasi
Maraqli

Tövləyə girən çoban nəhəng dovşanla qarşılaşıb

Türkiyənin Ağrı vilayətinin kəndlərindən birində qeyri-adi hadisə baş verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, axşam saatlarında qoyunlarını tövləyə salmağa hazırlaşan çoban gözlənilməz mənzərə ilə qarşılaşıb. Tövlənin içində qoyunların arasında gəzən nəhəng dovşanı görən çoban əvvəlcə gözlərinə inanmayıb.

Bildirilib ki, heyvan adi dovşanlardan təxminən üç-dörd dəfə böyük olub. Hadisədən təəccüblənən çoban dərhal mobil telefonuna sarılaraq həmin anları lentə alıb.

Ətrafdakıları da heyrətləndirən iri ölçülü dovşan bir müddət sonra tövlədən çıxarılaraq yenidən təbii yaşayış mühitinə buraxılıb. Hadisə qısa zamanda maraq doğuraraq sosial şəbəkələrdə yayılıb.

Mənbə: https://sonxeber.az/388175/tovleye-giren-coban-neheng-dovsanla-qarsilasib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button