Nazir sədr müavinini vəzifəsindən azad etdi (FOTO) - Admenasi
Sosial

Nazir sədr müavinini vəzifəsindən azad etdi (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (SSƏMN) yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müvafiq əmri ilə Zaur Kamal oğlu İbrahimov tutduğu vəzifəsindən azad edilib.

Qeyd edək ki, 1978-ci ildə Gəncə şəhərindən anadan olan Zaur İbrahimov 2020-ci ilin iyul ayından etibarən Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı.

Mənbə: https://sonxeber.az/388165/nazir-sedr-muavinini-vezifesinden-azad-etdi-foto

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button