Sosial
Temperatur enəcək, qar yağacaq – Xəbərdarlıq

Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Sonxeber.az xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilir ki, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək.
Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artacağı ehtimalı var.
Mənbə: https://sonxeber.az/388150/temperatur-enecek-qar-yagacaq-xeberdarliq



