Sosial
Ermənistanda atışma – 6 nəfər yaralanıb

Ermənistanda 6 nəfərin yaralanması ilə nəticələnən atışma baş verib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, atışma İrəvanın Açapnyak rayonunda baş verdiyi qeyd edilir.
Sosial şəbəkələrdə bir qrup insanın bir-birinə atəş açdığını əks etdirən video yayılıb.
İlkin məlumatlara görə, atışma zamanı ən azı 6 nəfərin yaralanıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşları təcili əməliyyat-istintaq tədbirləri görürlər. Rəsmi məlumatda baş vermiş hadisə ilə əlavə məlumat veriləcəyi də qeyd edilir.
Mənbə: https://sonxeber.az/388147/ermenistanda-atisma-6-nefer-yaralanib



