Maşınını qızıl qarşılığında satışa çıxardı

Zonguldakın Devrek rayonunda ticarətlə məşğul olan Ferdi Tığ 2012-ci il model maşınını nağd pul əvəzinə 50 qram qızıl qarşılığında satışa çıxardı. Sosial mediada etdiyi paylaşım qısa müddətdə diqqət çəkdi.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Ferdi Tığ bildirdi ki, son dövrlərdə qızılın gündəmdə olması səbəbi ilə belə bir üsul seçib. Əgər maşına 350-400 min lirə qiymət qoyulsaydı, satış prosesinin uzanacağını düşündüyünü söyləyib. O, qızılın həm daha maraqlı, həm də daha sadə bir seçim olduğunu vurğulayıb:
“50 qram qızılı verən bu maşının sahibi olacaq”.
Maşınını tamamilə yenilədiyini və heç bir qüsuru olmadığını qeyd edən Tığ əlavə edib:
“Maşınımda hər hansı bir problem olsa, bir-iki ay ərzində geri alaram. Maşınıma tam etibar edirəm”.
Ferdi Tığın sözlərinə görə, dost-tanışlardan 30-40 qram qızıl təklifləri gəlsə də, o 50 qramda qərarlıdır. Həmçinin, kiçik bir endirim ehtimalının ola biləcəyini də bildirib.
Mənbə: https://sonxeber.az/388115/masinini-qizil-qarsiliginda-satisa-cixardi



