3 şüşə sudan alınan qiymətə baxın - FOTO - Admenasi
Sosial

3 şüşə sudan alınan qiymətə baxın – FOTO

Bursanın Mudanya rayonunda fəaliyyət göstərən bir müəssisədə 3 şüşə su üçün 600 TL ödəniş edilməsinə dair paylaşımlar sosial mediada yayılaraq diqqət çəkdi.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, paylaşımlardan sonra Ticarət Nazirliyi dərhal araşdırmaya başladı. Aparılan yoxlamalar zamanı müəssisədə yalnız baha su satışı ilə bağlı deyil, həmçinin digər qanun pozuntuları da aşkar edildi. Nəticədə müəssisəyə pul cəzası tətbiq olunub.

Mövzu sosial mediada geniş müzakirələrə səbəb olub və bir çox istifadəçi “Qiymətlər bu qədər yüksək olmamalıdır” kimi şərhlər yazıb. Nazirlik isə istehlakçıların haqlarını qorumağa davam edəcəyini və qanunsuz qiymətləndirmələrə qarşı sərt tədbirlər görəcəyini vurğulayıb.

Mənbə: https://sonxeber.az/388114/3-suse-sudan-alinan-qiymete-baxin-foto

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button