14 il əvvəl təhsilinə dəstək olmuşdu: Ufuk Özkanı duyğulandıran an

Ufuk Özkan 2014-cü ildə təhsilinə dəstək verdiyi Mahirin 12 il sonra orqan köçürülməsi prosesində vəzifə aldığını öyrənəndə yaşadığı təəccübü paylaşdı.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Özkan sosial mediada duyğularını belə ifadə etdi:
“2013-cü ildə etdiyimiz kiçik bir yaxşılıq dəyərini göstərdi. Mahir hələ tələbə idi. Vaxt keçdi… Dünya çox kiçikdir. Yaxşılıq etmək üçün “yaxşılıq edəcəm, cavabını alacağam” deməyəcəksən. 12 il keçdi və sonra görürsən ki, o uşaq orqan köçürmələrinin başında duran direktor olur. Zamanında ona ayaqqabı almışıq, bir-iki şey almışıq. Bəzi şeylər isə sözlə ifadə olunmur”.
Özkanın bu açıqlaması izləyicilər tərəfindən həm duyğusal, həm də ilhamverici bir hekayə kimi qarşılandı.
Uzun müddət qaraciyər çatışmazlığı ilə mübarizə aparan aktyor Ufuk Özkan 11 saat davam edən çətin bir əməliyyat keçirdi. Əməliyyat uğurla tamamlandı və aktyorun vəziyyətinin yaxşı olduğu bildirildi.
Mənbə: https://sonxeber.az/388107/14-il-evvel-tehsiline-destek-olmusdu-ufuk-ozkani-duygulandiran-an



