ANAMA-nın əməkdaşı Xocalıda minaya düşdü - Admenasi
Sosial

ANAMA-nın əməkdaşı Xocalıda minaya düşdü

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Vasif Fizuli oğlu Çobanov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

Qaynarinfo xəbər verir ki, hadisə fevralın 18-də işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndi ərazisində qeydə alınıb.

Bildirilib ki, ANAMA-nın əməkdaşı hadisə nəticəsində sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. V.Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Mənbə: https://sonxeber.az/388098/anama-nin-emekdasi-xocalida-minaya-dusdu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button