"Ütü yanığı" dizaynlı köynəyin qiyməti dodaq uçuqlatdı - Admenasi
Maraqli

“Ütü yanığı” dizaynlı köynəyin qiyməti dodaq uçuqlatdı

Ütü yanığı effekti ilə dizayn edilən köynək sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Sonxeber.az xəbər verir ki, sözügedən köynək 1 139 ABŞ dolları (təxminən 49 min 800 manat) qiymət etiketi ilə satışa çıxarılıb.

Sadə və gündəlik geyimi xatırladan dizaynın bu qədər baha qiymətə təklif olunması vətəndaşların narazılığına səbəb olub. Sosial şəbəkə istifadəçiləri köynəyin görünüşünü “evdə təsadüfən yanmış köynək”lə müqayisə edərək, dizaynı istehza obyektinə çeviriblər.

Paylaşılan görüntülərin altında yüzlərlə ironik və tənqidi şərh yer alıb. İstifadəçilərin bir qismi bu cür dizaynların dəb adı altında təqdim olunmasını anlamsız hesab etdiklərini bildirib, digərləri isə qiymətin reallıqdan uzaq olduğunu vurğulayıb.

Qeyd edək ki, son illər moda dünyasında qeyri-adi və mübahisəli dizaynların yüksək qiymətlərlə satışa çıxarılması tez-tez ictimai reaksiyalara səbəb olur. Bu köynək də həmin nümunələrdən biri kimi gündəmə gəlib.

Mənbə: https://sonxeber.az/388089/utu-yanigi-dizaynli-koyneyin-qiymeti-dodaq-ucuqlatdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button