13 yaşlı məktəbli evində asılmış halda tapılıb: Hadisənin virtual oyunla bağlı ola biləcəyi iddia edilir - Admenasi
Hadise

13 yaşlı məktəbli evində asılmış halda tapılıb: Hadisənin virtual oyunla bağlı ola biləcəyi iddia edilir

Türkiyənin Trabzon şəhərində 13 yaşlı orta məktəb şagirdi Abdulkadir Eymen Bilgin evində ölü tapılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə şəhərin Pelitli məhəlləsində baş verib. 8-ci sinif şagirdi olan Abdulkadir Eymen Bilgin dərsdən sonra evə gəlib və otağına keçib. Uzun müddət otaqdan çıxmaması ailə üzvlərində şübhə yaradıb. Otağa daxil olan yaxınları onu qapıdan asılı vəziyyətdə, hərəkətsiz halda aşkarlayıblar.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yeniyetməni xəstəxanaya çatdırsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İddialara görə, Abdulkadir Eymen Bilgin virtual oyunda verilən tapşırıqları yerinə yetirmək məqsədilə özünə xəsarət yetirib. Hadisənin bu versiyası ilə bağlı araşdırma başladılıb. Yeniyetmənin kompüteri ekspertiza üçün götürülüb.

Mərhumun cənazəsi Çarşıbaşı rayonunda torpağa tapşırılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.

Mənbə: https://sonxeber.az/388087/13-yasli-mektebli-evinde-asilmis-halda-tapilib-hadisenin-virtual-oyunla-bagli-ola-bileceyi-iddia-edilir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button