Sosial
19 yaşlı tələbə dərmandan zəhərləndi

Ağdamda 19 yaşlı tələbə dərmandan zəhərlənib.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Tələbə Əliyeva Ayşən Qorxmaz qızı qəbul etdiyi dərman vasitəsindən zəhərlənib.
O, Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, A.Əliyeva Biləsuvar rayon sakinidir və hazırda Ağdam Dövlət Sosial-İqtisadi Kollecində təhsil alır.
Mənbə: https://sonxeber.az/388074/19-yasli-telebe-dermandan-zeherlendi



