Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin cəzası 2 ildən 6 aya endirildi - Admenasi
Sosial

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin cəzası 2 ildən 6 aya endirildi

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, Səbail Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxslərin cəzası 2 ildən 6 aya endirilib. Deoprtasiya qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Sabail Rayon Məhkəməsinin hökmünə əsasən, Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Təqsirləndirilən şəxslər cəzalarını çəkdikdən sonra ölkə ərazisindən məcburi şəkildə çıxarılacaqlar.

Xatırladaq ki, ötən il avqustun 17-si 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-ü Bakıya turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb.

Video ucun menbeyey baxin: https://sonxeber.az/388065/sehidler-xiyabaninda-qeyri-etik-videolar-ceken-ecnebilerin-cezasi-2-ilden-6-aya-endirildi

Mənbə: https://sonxeber.az/388065/sehidler-xiyabaninda-qeyri-etik-videolar-ceken-ecnebilerin-cezasi-2-ilden-6-aya-endirildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button