Sakinlər 67 yaşlı qadının bu davranışlarından şikayətçidir – VİDEO

Esenlerdə tək yaşadığı bildirilən 67 yaşlı qadının uzun illərdir vaxtaşırı pəncərəyə çıxaraq qazan və tavaya vurduğu iddia olunur.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məhəllə sakinlərinin sözlərinə görə, qadın təxminən 20 ilə yaxındır fasilələrlə səs-küy salır. Sakinlər həmçinin onun küçəyə sidik və sirkə qarışığından ibarət maye tökdüyünü irəli sürüblər.
Qonşular qadının psixoloji problemləri olduğunu iddia edərək, müvafiq qurumlar tərəfindən tibbi müayinəyə və müalicəyə cəlb olunmasını istəyiblər.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388053/sakinler-67-yasli-qadinin-bu-davranislarindan-sikayetcidir-video
Mənbə: https://sonxeber.az/388053/sakinler-67-yasli-qadinin-bu-davranislarindan-sikayetcidir-video



