Çatdırılma üçün naviqatoru izləyən kuryer dənizin ortasında qalıb

Birləşmiş Krallıqda çatdırılma ünvanına getmək üçün naviqasiya cihazının istiqamətlərini izləyən kuryer gözlənilməz hadisə ilə üzləşib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, naviqatorun göstərdiyi yolla hərəkət edən sürücü yolun dəniz suları ilə örtüldüyünü fərq etməyib. Nəticədə suyun səviyyəsinin qalxdığı ərazidə avtomobil qısa müddətdə suların ortasında qalıb.
Hadisə zamanı kuryerin çarəsiz anları ətrafdakı şəxslər tərəfindən lentə alınıb. Əraziyə cəlb olunan xilasetmə qrupları suyun səviyyəsinin artması səbəbindən çətin vəziyyətdə qalan sürücünü təhlükəsiz şəkildə təxliyə ediblər.
Səlahiyyətli qurumlar xüsusilə sahil zonalarında hərəkət edən sürücülərə yalnız naviqasiyaya deyil, eyni zamanda yoldakı xəbərdarlıq nişanlarına da diqqət yetirməyi tövsiyə ediblər. Çatdırılma bağlamalarının suyun içində qaldığı, avtomobilin isə evakuator vasitəsilə çıxarıldığı bildirilib.
Mənbə: https://sonxeber.az/388044/catdirilma-ucun-naviqatoru-izleyen-kuryer-denizin-ortasinda-qalib



